Bakı. Trend:
Dərman vasitəsi ilə bağlı Azərbaycan dilində təlimat olmadığı halda cərimə tətbiq ediləcək.
Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əlavə edilən yeni maddəyə əsasən, dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində va ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, hamin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindan aptek teşkilatının Azərbaycan dilində olan istifadə talimatı ilə təmin edilməməsinə görə — vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadak məbləğda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadak məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.