Bakı. Trend:
Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş
fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyənləşir.
Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə
təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.