Bakı. Trend:
Xaçmaz rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib.
Trend xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Vüsal Rüstəmov və Ağami Əlişanovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.
Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarına ən böyük əmanətlərindən olan müstəqil dövlətimiz və vahid məqsəd ətrafında sıx birləşmək ideyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində əldə edilmiş Böyük Zəfər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb.
Söhbət zamanı Vətən müharibəsində qazandığımız qələbədən, bu zəfərin əldə olunması üçün canından və sağlamlığından keçən vətən oğullarının özlərinə, ailələrinə göstərilən dövlət qayğısından söz açılıb. Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.