...

Hərbi qulluqçulara daimi mənzillərin verilməsi üzrə tədbirlər davam etdirilir (FOTO/VİDEO)

Cəmiyyət Materials 27 Dekabr 2024 14:49 (UTC +04:00)
Hərbi qulluqçulara daimi mənzillərin verilməsi üzrə tədbirlər davam etdirilir (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi prosesi mərhələli şəkildə davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) verilən daimi mənzillərin müəyyənləşdirilməsi ilə bağlı dekabrın 24-də Bakı Hərbi Kollecində püşkatma mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin müvafiq qurumlarının nümayəndələri, xidmətdə və ehtiyatda olan bir qrup hərbi qulluqçu və ailə üzvləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımların atıldığını qeyd ediblər. Xüsusi olaraq vurğulanıb ki, bu istiqamətdə görülən işlər hərbi qulluqçuların ruh yüksəkliyinin artırılmasında mühüm faktorlardan biridir.

Daha sonra mənzillər püşkatma yolu ilə növbəlik prinsipinə əsasən hərbi qulluqçular arasında bölüşdürülüb.

Qeyd edək ki, şəffaflıq və ədalətlilik prinsipi, o cümlədən hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla təqdim ediləcək mənzillər seçim əsasında Bakının Hövsan qəsəbəsi və Sumqayıt şəhərində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti