Bakı. Trend:
Azərbaycanda dinc dövrdə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilməsi halları müəyyən edilir.
Trend xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:
- fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
- sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;
- yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
- alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və
ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti
tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan
Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər
vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi
hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan
azad edilmiş şəxslər.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda
qəbul edilib.