Bakı. Trend:
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Bundestaqın buraxıldığını elan edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, növbədənkənar seçkilər 23 fevral 2025-ci il tarixinə təyin olunub.
Məlumata görə, bu qərar 16 dekabrda kansler Olaf Şoltsun hökumətə etimad məsələsi ilə bağlı keçirilmiş parlament səsverməsinin nəticələrinə əsasən qəbul edilib.
Qeyd edilib ki, həmin səsvermədə kansler və kabinetin lehinə 207 deputat səs verib, 394 nəfər əleyhinə çıxıb, 116 deputat isə bitərəf qalıb.