...

Maimuna Mohd Şərif Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Siyasət Materials 27 Dekabr 2024 14:32 (UTC +04:00)
Maimuna Mohd Şərif Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, 2018-2024-cü illərdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Maimuna Mohd Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, cənab Prezident.

Dekabrın 25-də çoxlu sayda insanın həyatına son qoyan dəhşətli təyyarə qəzası ilə əlaqədar Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bu faciəli hadisə Kuala-Lumpur əhalisini qəlbən sarsıtdı. Biz bu hüznlü və kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyik. Faciə zamanı həlak olanların ruhları şah olsun, onların ailələrinə səbir diləyir, yaralananların tezliklə şəfa tapmaları üçün dua edirik.

Sizinlə birlikdə kədərlənirik və həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik.

Zati-aliləri, Kuala Lumpur əhalisinin və şəxsən mənim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti

Xəbər lenti