...

“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında sərəncama dəyişiklik edildi

Siyasət Materials 27 Dekabr 2024 13:10 (UTC +04:00)
“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında sərəncama dəyişiklik edildi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, sənədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələr əlavə edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti