...

Təyyarə qəzasında yaralananların bir qismi yaxın müddətdə evlərinə buraxılacaq - Teymur Musayev

Cəmiyyət Materials 27 Dekabr 2024 12:02 (UTC +04:00)
Təyyarə qəzasında yaralananların bir qismi yaxın müddətdə evlərinə buraxılacaq - Teymur Musayev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Təyyarə qəzasında yaralananların bir qismi yaxın müddətdə evlərinə buraxılacaq.

Trend xəbər verir ki, bunu bu gün səhiyyə naziri Teymur Musayev "Yeni Klinika"a yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dünən gətirilən yaralıların ilkin müayinələri bitib və hazırda onların vəziyyəti qənaətbəxşdir, stabildir:

"Onların böyük bir qismi yaxın müddətdə sağlam vəziyyətdə evlərinə buraxılacaqlar".

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti