...

Alkoqollu içkilərin minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir

Cəmiyyət Materials 27 Dekabr 2024 11:52 (UTC +04:00)
Alkoqollu içkilərin minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Alkoqollu içkilərin müəyyən edilmiş minimum qiymətdən aşağı qiymətə satılmasına görə yeni cərimə müəyyən edilir.

Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti