Bakı. Trend:
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in futbolçusu Kristiano Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.
Trend xəbər verir ki, 39 yaşlı hücumçu 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib.
O, digər namizədlər Riyad Mahrez ("Əl-Əhli"), Sergey Milinkoviç-Saviç, Salem Əl-Dosari (hər ikisi "Əl-Hiləl") və Sufyan Rahimini ("Əl-Əyn") qabaqlayaraq qalib gəlib.
Qeyd edək ki, 2023-cü ildə "Globe Soccer"in ilin ən yaxşı futbolçusu mükafatı Erlinq Haalanda, ən yaxşı məşqçisi isə Xosep Qvardiolaya (hər ikisi "Mançester Siti") verilib.