Bakı. Trend:
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Dureyd Əsədin həyat yoldaşı və qızı Beyrut hava limanında saxlanılıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Dureyd Əsədin həyat yoldaşı və qızı saxta pasportlarla Beyrutu tərk etmək istəyərkən Livan təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Dureyd Əsəd devrilmiş prezident Bəşər Əsədin əmisi Rifat Əsədin oğludur.