Bakı. Trend:
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndidə Zəfər meydanında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Qış nağılı" yarmarkası təşkil olunub.
Trend xəbər verir ki, fərdi şəxslər tərəfindən yarmarkaya məhsulları da çıxarılıb.
Yarmarkada bir çox müəssisə və şirkətlər iştirak edir.
Qeyd edək ki, Xankəndi şəhərində "Qış nağılı" yarmarkasının bir neçə gün davam etdirilməsi nəzərdə tutulur.