...

Mərkəzi Bank üç BOKT-un vəzifəli şəxslərini cərimələdi

İqtisadiyyat Materials 27 Dekabr 2024 11:29 (UTC +04:00)
Mərkəzi Bank üç BOKT-un vəzifəli şəxslərini cərimələdi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) üç bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Məlumata görə, vəzifəli şəxsləri cərimələnən BOKT-lar "Nova Credit", "Azpul" və "Merkuri” MMC-lərdir.

Qeyd olunub ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "Nova Credit"in vəzifəli şəxsi 1 500 manat, "Azpul"un vəzifəli şəxsi 4 500 manat, "Merkuril"nin vəzifəli şəxsi isə 1 500 manat cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti