Bakı. Trend:
Xocalının Ballıca kəndinə bu gün 21 ailənin 119 nəfərin köçürülməsi həyata keçirilib.
Trend xəbər verir ki, dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata - baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.
Böyük qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19 - 20 sentyabr 2023 - cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.