Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 129,5 milyon manat dəyərində geyim istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, bir il əvvələ nisbətən 28,6% və ya 28,8 milyon manat çoxdur.
Qeyd edək ki, 2023-cü ilin ilk 11 ayında ölkədə 100,7 milyon manat dəyərində geyim istehsal edilmişdi.
Ümumilikdə, bu ilin ilk 11 ayında Azərbaycanda ttoxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 458,3 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 2% və ya 9,2 milyon manat çoxdur.