Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 94,9 milyon ABŞ dolları dəyərində 441 min ton metanol (metil spirti) ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,5 milyon ABŞ dolları (16,6%) çox, həcm baxımından isə 9 035 ton (2%) azdır.
11 ayda metanol (metil spirti) ixracı ölkənin ümumi ixracının 0,39%-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycan 81,4 milyon ABŞ dolları dəyərində 450 ton metanol (metil spirti) ixrac edib.