Bakı. Trend:
Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik enerjisi şirkətləri arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin Təsis Müqaviləsi imzalanıb.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik enerjisi şirkətləri arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin Təsis Müqaviləsi imzalandı. Qərargahı Bakıda yerləşəcək Birgə Müəssisə “Azərbaycan - Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsində və regionun enerji gələcəyinin formalaşdırılmasında mühüm addımdır”, - paylaşımda qeyd olunub.