...

Yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir - Səhiyyə naziri

Cəmiyyət Materials 27 Dekabr 2024 11:47 (UTC +04:00)
Yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir - Səhiyyə naziri
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.

Trend xəbər verir ki, bunu bu gün səhiyyə naziri Teymur Musayev "Yeni Klinika"a yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qazaxıstanda olan 3 nəfərin vəziyyəti orta ağırdır:

"Vəziyyət nəzarət altındadır. Bakıdan oraya həkim və tibb bacısı qrupu göndəriləcək".

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti