...

AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırma nəticələri açıqlanmadan hadisəni şərh etməyəcəyik - Peskov

Siyasət Materials 27 Dekabr 2024 14:02 (UTC +04:00)
AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırma nəticələri açıqlanmadan hadisəni şərh etməyəcəyik - Peskov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri açıqlanmadan bu hadisə haqqında şərh verməyəcəyik.

Trend xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

"Araşdırmanın nəticələri əsasında veriləcək qərarlar elan edilənə qədər biz özümüzə hansısa qiymət vermək hüququnu tanımırıq və bunu etməyəcəyik.

Bununla yanaşı, bizim aviasiya qurumlarımız var və bu məsələlərdə hər hansı məlumat yalnız onlardan gələ bilər. Biz isə bu hadisəni şərh etmək hüququnu özümüzdə görmürük", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti