Bakı. Trend:
2024-cü ildə olduğu kimi 2025-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.
Bu barədə Trend quruma istinadən xəbər verir.
Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 22-də, martın 12-də, aprelin 23-də, iyunun 11-də, iyulun 23-də, sentyabrın 10-da, oktyabrın 22-də və dekabrın 10-da açıqlanacaq.
Media nümayəndələri ilə görüşlər yanvar, aprel, iyul və oktyabr aylarına nəzərdə tutulub.