Bakı. Trend:
"Lans"ın futbolçusu Bris Samba "Renn"lə razılıq əldə edib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, 30 yaşlı fransalı qapıçı ilə 4 il yarım müddətində müqavilə imzalanacaq. Klublar arasında sövdələşmə artıq bitmək üzrədir. "Renn" bu transfer üçün 15 milyon avro məbləğində təzminat ödəməyə hazırdır.
Qeyd edilir ki, Bris Samba bu mövsüm "Lans"ın heyətində 17 oyuna çıxaraq 17 qol buraxıb və 7 matç qapısını toxunulmaz saxlayıb.