Bakı. Trend:
2024/2025-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq, 6 yanvar 2025-ci il saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.
Bildirilib ki, valideynlər 9 yanvar 2025-ci il saat 15:00-a qədər
təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi
təhsil müəssisələrinə təqdim etməlidirlər. Göstərilən tarixədək
tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik
olaraq ləğv ediləcək.
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının
yaxınlaşdığını nəzərə alaraq, XI siniflər üçün şagird yerdəyişməsi
6 yanvar 2025-ci il tarixindən tədris ilinin sonunadək aktiv
edilməyəcək. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə
yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə
ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az
portalı vasitəsilə həyata keçirilir.
Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin
etmək əsas məqsədlərimizdəndir.