Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 90,7 min ton asfalt istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə asfalt istehsalı 14,1 min ton və ya 13,4% azalıb.
2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 104,8 min ton təşkil edib.
Eyni zamanda cari ilin ilk 11 ayında Azərbaycanda 4 606,9 min ton beton istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1 049,8 min ton və ya 29,5% çoxdur.
Ötən ilin yanvar-noyabr aylarında ölkədə 3 557,1 min ton beton istehsal edilib.