Bakı. Trend:
"AVİRTELECOM" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Onun hansı səbəbdən ləğv edilməsi haqqında heç bir məlumat qeyd olunmayıb.
Yalnız o məlumdur ki, kreditorlar iki ay ərzində tələblərini Az1106 Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, ev 50C ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “AVİRTELECOM” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Həsənzadə Kamran Rafiq oğludur.