...

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

İqtisadiyyat Materials 28 Dekabr 2024 14:32 (UTC +04:00)
TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan kredit xətti almışdır

Bakı. Trend:

TuranBank və ECO Ticarət və İnkişaf Bankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə kredit sazişi imzalanıb. Bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir.

Cəlb olunan vəsaitlər TuranBanka istər qeyd olunan təşkilata üzv ölkələr, istərsə də digər ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.

“Əminik ki, imzalanmış müqavilə müştərilərimizə rəqabətədavamlı maliyyə alətləri təqdim etməklə Azərbaycanda idxal-ixrac fəaliyyətini daha da stimullaşdıracaq və ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək” deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.

Məlumat üçün qeyd edək ki, ECO Ticarət və İnkişaf Bankı ilə imzalanmış müqavilə sayca dördüncü sazişdir. Belə ki, bankımız əvvəlki illərdə də bu maliyyə qurumundan kiçik və orta sahibkarlığın (KOS) və ticarətin maliyyələşdirilməsi üçün maliyyə vəsaiti cəlb etmişdi.

Azərbaycanın da üzv olduğu ECO Ticarət və İnkişaf Bankı region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

TuranBank

Bizimlə etibarlıdır...

Xəbər lenti

Xəbər lenti