Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 9034,7 min kvadrat metr tikinti şüşəsi istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə tikinti şüşəsinin istehsal həcmi 13,8 faiz və ya 1097,1 min kvadrat metr artıb.
Cari ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda istehsal həcmində 7,2 faiz və ya 607,1 min kvadrat metr artım qeydə alınıb.
Dekabrın 1-nə hazır məhsul ehtiyatı 1069,8 min kvadrat metr təşkil edib.