Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 422.83 ABŞ dolları dəyərində 660.78 ton diri heyvan ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 165,33 min ABŞ dolları (28,1%), həcm baxımından isə 82,12 ton (11%) azdır.
Sözügedən dövr ərzində ölkəyə 74 milyon ABŞ dolları dəyərində diri heyvan idxal edilib ki, bu da bir il əvvələ nisbətən 29,3% və ya 30,7 milyon ABŞ dolları azdır.