...

Polşada saxlanılan Gürcüstan vətəndaşı Azərbaycana ekstradisiya ediləcək

Gündəm Materials 28 Dekabr 2024 12:30 (UTC +04:00)
Polşada saxlanılan Gürcüstan vətəndaşı Azərbaycana ekstradisiya ediləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, Ü.Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs olunub.

Verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun ölkəmizə gətirilməsi təmin ediləcəkdir.

Xəbər lenti

Xəbər lenti