Bakı. Trend:
Azərbaycan Milli Depozit Mərkəzində (MDM) təxminən 50 milyard manat məbləğində aktivlər saxlanılır.
Trend xəbər verir ki, bu barədə MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Azərbaycan Milli Depozit Mərkəzinin "E-vote" sisteminə həsr olunmuş media-brifinqdə məlumat verib.
Qeyd edək ki, depozitar mərkəzlər maliyyə sistemində mühüm rol oynayır. Onlar səhmlər, istiqrazlar və digər maliyyə aktivləri kimi qiymətli kağızların mərkəzləşdirilmiş saxlanmasını və uçotunu təmin edirlər.
Depozitar mərkəzlər maliyyə bazarında əməliyyatların təhlükəsizliyini, şəffaflığını və səmərəliliyini artıraraq, iştirakçılara investisiyalarını idarə etmək üçün etibarlı infrastruktur təqdim edir.