...

Qazaxıstan və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alanların təxliyəsi ilə bağlı konsilium keçirəcək

Cəmiyyət Materials 28 Dekabr 2024 15:51 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alanların təxliyəsi ilə bağlı konsilium keçirəcək
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan həkimləri Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alan iki xəstənin təxliyəsi ilə bağlı Azərbaycanlı həmkarları ilə konsilium keçirəcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyinin bəyanatında bildirilir.

“Hazırda Manqistau vilayətinin çoxprofilli xəstəxanasında 6 xəstə müalicə olunur. Onlardan dördü reanimasiya şöbəsində, ikisi isə travmatologiya şöbəsindədir. Xəstələrin vəziyyətində pisləşmə müşahidə edilmir. Bir xəstə vazopressor preparatlardan çıxarılıb, bir qadın xəstənin tonik dərmanlarının dozası isə 3-dən 1-ə qədər azaldılıb.

Qırğızıstan Respublikasının səhiyyə qurumları ilə üç zərərçəkmişin, onlardan ikisinin səhhəti nəqliyyat vasitəsilə daşına bilinməsinə hazır, birinin isə ağır vəziyyətdə süni tənəffüs aparatına qoşulmuş halda daşınması ilə bağlı məsələlər müzakirə olunur.

Azərbaycana iki xəstənin təxliyəsi məsələsi ilə bağlı həkimlərlə konsilium keçirmək, onların nəql üçün hazırlığını qiymətləndirmək planlaşdırılır”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Xəbər lenti

Xəbər lenti