Bakı. Trend:
İcbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova TƏBİB-in Media nümayəndələri üçün tibbi savadlılıq təlimi zamanı deyib.
O bildirib ki, Agentlik qanunvericiliyə uyğun fəaliyyət göstərən özəl apteklərlə əməkdaşlıq müqavilələri bağlayacaq .
"Vətəndaş elektron resept ilə Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tanıya və tapa bilsinlər", - deyə o əlavə edib.