...

Qazaxıstan AZAL-ın təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq eksperti cəlb edib - Baş nazirin müavini

Cəmiyyət Materials 28 Dekabr 2024 18:02 (UTC +04:00)
Qazaxıstan AZAL-ın təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq eksperti cəlb edib - Baş nazirin müavini
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasına 17 beynəlxalq eksperti cəlb edib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan KİV-lərinə açıqlamasında bu ölkənin baş nazirinin müavini, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün yaradılan hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev deyib.

"Altı ekspert Azərbaycandan, ikisi Embraer şirkətindən, üç nəfər Braziliyanın CENIPA şirkətindən, daha üç nəfər Dövlətlərarası Aviasiya Komitəsindən, iki nəfər Rusiya Federasiyasındandır. Bundan əlavə, tezliklə ICAO-dan ekspert gələcək", - o bildirib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti