Bakı. Trend:
"Liverpul"un əsas heyətində yer ala bilməyən italyan vinger Federiko Kyeza daha çox oyun vaxtı qazana biləcəyi bir kluba icarəyə getməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Foot Mercato" xəbər yayıb.
İtaliyanın bir neçə klubu Kyezanı mövsümün sonuna qədər heyətinə qatmağa çalışır. Xüsusilə "Atalanta"nın 27 yaşlı futbolçunu icarəyə götürmək şansının yüksək olduğu bildirilir.
Xatırladaq ki, Federiko Kyeza bu ilin yayında "Yuventus"dan "Liverpul"a transfer olunub. İtaliya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 4 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.