...

Suraxanıda ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb

Cəmiyyət Materials 30 Dekabr 2024 09:47 (UTC +04:00)
Suraxanıda ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 22-nə keçən gecə Suraxanı rayonu ərazisində mağazaların birində quraşdırılan və kassa aparatında 5000 manata yaxın maddi vəsait olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti