Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şərur rayonunda yeni inzibati binası tikiləcək.
Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumatına görə, yeni inzibati bina Regional Ailə Mərkəzi üçün tikiləcək.
Məlumata görə, Komitə artıq inzibati binanın tikintisinin layihə-smeta sənədlərinin satın alınması ilə bağlı işlərini yekunlaşdırıb.
Dövlət Komitəsi sözügedən işlərin icrasını "HYDRO-GEO ENVİRONNEMENT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həvalə edib və onunla dəyəri 53 100 manat olan müqavilə bağlayıb.
Qeyd edək ki, sözügedən inzibati binanın inşa işlərini icra edəcək MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Seyfullayev Saleh Əliyar oğludur.