...

Cənubi Koreyada təyyarə qəzasının üç ehtimal olunan səbəbi açıqlanıb

Dünya xəbərləri Materials 29 Dekabr 2024 22:40 (UTC +04:00)
Cənubi Koreyada təyyarə qəzasının üç ehtimal olunan səbəbi açıqlanıb

Bakı. Trend:

Cənubi Koreya bazar günü səhər Muan Beynəlxalq Hava Limanında qəzaya uğrayan "Jeju Air" şirkətinə məxsus "Boeing 737-800" təyyarəsinin qəzaya uğramasının üç ehtimal olunan səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, həm yerli yanğınsöndürənlər, həm də aviasiya mütəxəssisləri şassilərdə nasazlığın olmasını ehtimal ediblər.

Muanın yanğınsöndürmə idarəsinin rəhbəri Li Çjon Hyon jurnalistlərə bildirib ki, qəzanın səbəbi "quşların vurması və ya pis hava şəraiti olduğu təxmin edilir".

Bundan əlavə, Muan hava limanında uçuş-enmə zolağının uzunluğunun kifayət qədər olmaması üçüncü ilkin versiya kimi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti