...

Cənubi Koreyada prezidentin həbsinə order verilib

Dünya xəbərləri Materials 30 Dekabr 2024 13:59 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya məhkəməsi, impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılmış prezident Yun Sok Yolun həbsinə order verib.

Trend xarici KiV-ə istinadən xəbər verir ki, bu qərar keçmiş prezidentin korrupsiya ittihamları üzrə aparılan istintaq çağırışlarına dəfələrlə məhəl qoymaması ilə əlaqələndirilir.

Məlumata görə, Yun Sok Yol dekabrın 3-də ölkədə hərbi vəziyyət elan etmiş, lakin parlamentin təzyiqləri nəticəsində bu qərarı ləğv etmişdi. Buna baxmayaraq, müxalifət onun impiçmenti üçün səylərini davam etdirmiş və nəticədə məhkəmə həbs orderi verib.

Qeyd edək ki, bu, Cənubi Koreya tarixində ilk dəfədir ki, prezidentin həbsinə order verilir. Bu hadisə ölkədə siyasi gərginliyi artırıb və ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti