...

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 Yanvar 2025 08:54 (UTC +04:00)
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Trend-ə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, - məlumatda deyilir.

XXX

02:02

Dumanlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "dumanlı yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti