...

Hemofiliya xəstəliyinə qarşı Azərbaycana 16,3 milyonluq dərman vasitələri gətiriləcək

İqtisadiyyat Materials 30 Dekabr 2024 18:00 (UTC +04:00)
Hemofiliya xəstəliyinə qarşı Azərbaycana 16,3 milyonluq dərman vasitələri gətiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı çərçivəsində Azərbaycana dərman vasitələri (2025-ci il üzrə) gətiriləcək.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs hazırlıqlara başlayıb.

Qurum sözügedən dərman vasitələrinin satın alınmasının 16,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, "İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 836 501.5 manat olan mərkəzin qanuni təmsilçisi Quliyev Nurlan Rauf oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti