Bakı. Trend:
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Aktau şəhəri yaxınlığında baş verən faciəvi təyyarə qəzası nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin hüznlə qarşıladıq.
İcazə verin, bu faciəvi hadisə ilə əlaqədar Körfəz Əməkdaşlıq Şurası adından Azərbaycan hökumətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verim.
Biz bu ağır günlərdə Azərbaycan hökumətinin və xalqının yanındayıq, yaralananların tezliklə sağalmalarını diləyirik. Azərbaycana davamlı sülh və əmin-amanlıq arzulayırıq".