...

Cənubi Koreyada bir həftəlik matəm elan olundu

Dünya xəbərləri Materials 29 Dekabr 2024 16:56 (UTC +04:00)
Cənubi Koreyada bir həftəlik matəm elan olundu
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Respublikasının prezidenti vəzifəsini icra edən Baş nazirin müavini Çhve San Mok Muan şəhərinin hava limanında azı 177 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan edib.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, qəzaya təyyarənin mühərrikində və şassisində yaranan nasazlıq səbəb olub. Ekipajin səylərinə baxmayaraq təyyarə sürətini azalda bilməyib və uçuş-eniş zolağının sonundakı maneəyə çırpılıb.

Muan şəhərində baş verən qəza ölənlərin sayına görə ölkə tarixində ikinci ən böyük təyyarə faciəsidir. 1997-ci ildə Cənubi Koreya laynerinin ABŞ-ın Quam adasında yerə çırpılması nəticəsində 228 nəfər həyatını itirmişdi.

Xəbər lenti

Xəbər lenti