...

Gürcüstan hakimiyyəti müxalifətin mitinqlərinə mane olmayacaq - Baş nazir

Dünya xəbərləri Materials 30 Dekabr 2024 04:52 (UTC +04:00)
Gürcüstan hakimiyyəti müxalifətin mitinqlərinə mane olmayacaq - Baş nazir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan hakimiyyəti Tbilisidəki gündəlik etiraz aksiyalarına müdaxilə etməyəcək, çünki müxalifətin “əhalinin dəstəyi yoxdur”.

Trend-in məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Bu aksiyalar hər gün minə qədər insanı cəlb edir. Bu statistika dronların köməyi ilə hesablanıb. Tiflisdəki etirazçılar müxalifət partiyalarının və qeyri-hökumət təşkilatlarının aktivləridir, onlara əhalidən heç bir dəstək yoxdur", - deyə İ.Kobaxidze bildirib.

Eyni zamanda o, hakimiyyətin mitinqlərin keçirilməsinə qarışmayacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti