Bakı. Trend:
Rusiya Federasiyasının baş yepiskopu Sergey Ryaxovski Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar Rusiyanın yevangelist xristianlar ittifaqı adından və şəxsən öz adımdan ən dərin hüznlə başsağlığımı ifadə edirəm.
Biz, dindarlar belə ağır məqamlarda birliyin və dualarla dəstək
verilməsinin vacibliyini daha çox anlayırıq. Həlak olanların
yaxınları və xəsarət alanlar üçün kilsələrimizdə və evlərimizdə
dualar edirik.
Uca Yaradan həyatını itirənlərin ailələrinə səbir, yaralananlara
şəfa versin.
Sizinlə birlikdə kədərlənirik, dualarımız xalqınızladır.
Tanrı şəfaya, köməyə, qayğıya və təsəlliyə ehtiyacı olan hər kəsin yanında olsun!".