Bakı. Trend:
"Telegram"ın rusiyalı istifadəçiləri messencerdə nasazlıqlar barədə məlumat verməyə başlayıblar.
Trend-in məlumatına görə, bu barədə "Sboy.rf" xidmətindən bildirilib.
Məlumata əsasən, ən çox şikayətlər Moskva (31 faiz) və Sankt-Peterburqdan (10 faiz) olan istifadəçilərdən gəlir.
"Downdetector" portalının məlumatına əsasən, dünyanın digər ölkələrinin sakinləri də nasazlıqlar barədə məlumat verirlər. Əksər messencer istifadəçiləri serverə qoşulmaq istəyərkən problemlərdən şikayətlənirlər.