...

Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib

Siyasət Materials 1 Yanvar 2025 11:14 (UTC +04:00)
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə təbrik məktubu göndərib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.

Trend xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Sədr,

Sudan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Sizin COP29-da iştirak etmək üçün Bakıya səfərinizi məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycanla Sudan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbər lenti

Xəbər lenti