...

Avropada qazın qiyməti son bir ildən artıq müddətdə ən yüksək həddə qalxıb

Energetika Materials 1 Yanvar 2025 00:29 (UTC +04:00)
Avropada qazın qiyməti son bir ildən artıq müddətdə ən yüksək həddə qalxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya qazının Ukrayna ərazisindən tranzitinin yanvarın 1-dən dayandırılacağı gözləntiləri fonunda Avropada qazın qiyməti 2023-cü il noyabrın 27-dən bəri ən yüksək səviyyəyə qalxaraq 1 min kubmetr üçün 536 dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Londonun "ICE" birjasından məlumat verilib.

Məlumata əsasən, günün əvvəlindən artım 4 faizdən çox olub.

Niderlanddakl "TTF" qovşağında fevral fyuçerslərinin qiyməti 1 min kubmetr üçün 536 dollardan çox artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti