Bakı. Trend:
İngiltərənin "Vest Hem" komandasının futbolçusu Maykl Antonio dəhşətli qəzadan sonra xəstəxanadan çıxıb.
Trend-in məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Hücumçunun müalicəsi ev şəraitində davam etdiriləcək.
Xatırladaq ki, M.Antonio dekabrın 7-də qəza keçirib. Futbolçunun idarə etdiyi avtomobilə ciddi ziyan dəyib. İdmançının özü helikopterlə xəstəxanaya aparılıb.
Əməliyyat olunan 34 yaşlı forvardın təxminən bir il yaşıl meydanlardan uzaq qalacağı bildirilib