Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakıdakı nümayəndəliyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Trend xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik! 2025-ci il hər biriniz üçün sülh və sevgi dolu olsun! Bayramınız mübarək!", - deyə paylaşımda vurğulanıb.