Bakı. Trend:
Tovuzda ölümlə nəticələnən yanğın olub.
Trend xəbər verir ki, hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, yanğın evin həyətində olan dəmir konstruksiyalı köməkçi tikilidə baş verib. Evin 12 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və oradakı əşyalar tamamilə yanıb. Yanğın söndürüldükdən sonra hadisə yerindən kənd sakini 61 yaşlı Fazil Hüseynov yanmış meyiti aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.